Sionist ordusunun Beyruta hava hücumunda 29 livanlı şəhid olub və yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyi sionist qırıcılarının Beyrutun mərkəzində yerləşən ən-Nuvəyri məntəqəsinə olan hücumunda 3 livanlı şəhid olub və 26 nəfər yaralanıb.
Sionist rejimi bu hücumda Nuvəyri məntəqəsindəki yaşayış binasını hədəfə alıb və nəticədə həmin bina yerlə yeksan olub.
Sionist ordusu Beyruta hücumla eyni zamanda, Beyrutun Cənubi Zahiyə bölgəsindəki 20 binanın bombalanması barədə xəbərdarlıq edib.