Sionist rejimin hərbiçiləri Livana qarşı vəhşi hücumlarının 54-cü günündə Beyrutun cənubundakı müxtəlif bölgələri, Livanın bir sıra kənd və qəsəbələrini bombalamağa davam edib. Bununla da, Livan vətəndaşlarından bəzisini öldürüb.
Cümə günü sionistlər Beyrutun cənub bölgələrindən bəzisini bir neçə dəfə bombalayıblar.
Həmçinin sionist rejimin işğalçı ordusunun hərbiçiləri cümə axşamı gecə Bəəlbək – Hermel vilayətinin Dorus şəhərində xilasetmə mərkəzlərindən birinə birbaşa hücum etməklə 12 nəfəri, o cümlədən mərkəzin məsulu Bilal Rədi şəhid ediblər.
Qeyd etmək lazımdır ki, Livan Səhiyyə Nazirliyi ən yeni statistikasını açıqlayaraq bildirib ki, sionist rejimin təcavüzləri nəticəsində bu ölkədə şəhid olanlarn sayı 3386 nəfərə, yaralıların sayı isə 14417 nəfərə çatıb.
Livanlı mənbələrin sözlərinə əsasən (cümə günü), ötən 48 saat jurnalistlər üçün Livan müharibəsinin ən qanlı günləri olub və sionistlərin hücumları nəticəsində bir neçə jurnalist və media işçisi şəhid olub.