Dünəndən (bazar günündən) etibarən Qəzzə zolağında atəşkəs icra olunmasına baxmayaraq, sionist rejimi hələ də öz hücumlarına davam edir. Sionistlərin Qəzzədəki Şücaiyyə məhəlləsinə olan hücumlarında 8 nəfər şəhid olub və 25 nəfər isə yaralanıb.
Sionist rejimi ordusunun sözçüsü də Qəzzə zolağının müxtəlif yerlərində sionist rejimin hücumlarının davam etdiyi barədə məlumat verib.
Sionist rejimi ordusu qısa müddət öncə (bazar günü) Qəzzə zolağının mərkəzində və şimalında nəzərdə tutulan hədəfləri bombaladığını vurğulayıb. Ordu sözçüsü iddia edib ki, işğal altındakı ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etmək üçün hücumlarına davam edəcəklər.
Sionist rejimin Qəzzə zolağına qarşı təcavüzlərindən 471 gün sonra bazar günü səhər saatlarından etibarən Qəzzədə atəşkəs icra olunub. 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər sionist rejimin Qəzzə zolağına qarşı təcavüzlərində 46899 nəfər şəhid olub və 110725 nəfər isə yaralanıb.