Sionist rejiminə aid qırıcılar yenidən Qəzzəyə hücuma başlayıblar və yeni hücumlarda Rəfəhi də bombalayıblar.
Əl-Cəzairdən olan 2 gənc sionist rejiminin bombardmanlarında şəhid olub. Oktyabr ayının əvvəlində Qəzzəyə daxil olmuş humanitar işlərdə aktiv olan bu 2 gənc atəşkəs günlərində Qəzzəni tərk etməyə razı olmayıb və Qəzzə zolağının mərkəzində yerləşən Nəsirat düşərgəsindəki bir evin hədəfə alınması zamanı şəhid olub.
HƏMAS hərəkatının rəhbərlərindən olan Üsamə Həmdan bildirib: “İşğalçı rejim bu addımıyla göstərdi ki, heç bir halda ona güvənmək olmaz. Biz möhkəm dayanmalı və hərbiçilərin təcavüzü, onların qətliamları ilə mübarizəyə davam etməliyik.” O, əlavə edib: “İşğalçılar və ABŞ hökuməti müvəqqəti atəşkəsin dayandırılmasına görə məsuliyyət daşıyırlar. Biz ciddi şəkildə atəşkəs ardınca idik və işğalçı rejimin təvacüzlərinə baxmayaraq, hələ də atəşkəs ardıncayıq. İşğalçıların bombardmanları bütün sektorları öz hədəfinə çevirir, amma müqavimət onları zərərsizləşdirməyə qadirdir.”
Sionist rejiminin Qəzzə şəhərindəki Əz-Zeytun və Əş-Şəcaiyyə-yə olan hücumlarında 5 nəfər şəhid olub və onlarla insan yaralanıb.
Son açıqlamaya görə, Qəzzənin yenidən bombalanması ilə Qəzzə zolağındakı şəhidlərinin sayı 32 nəfərə yüksəlib.