HƏMAS hərəkatı ilə Yanvarın 19-da bağlanan atəşkəs razılaşmasına baxmayaraq, sionist tankları Qəzzənin cənubundakı insanların üzərinə atəş açıblar.
Sionist rejimi HƏMAS-la atəşkəs və Qəzzədəki çəkişmələrə son qoyulması ilə bağlı razılaşmaya rəğmən, hələ də atəşkəsi pozmağa və bu bölgələni hədəfə almağa davam edir.
Bununla bağlı Fələstin mənbələri bildiriblər: Sionist rejimi ordusuna aid tanklar yeni hücum dalğaları zamanı Qəzzənin cənubunda yerləşən Rəfəhdəki insanlara tərəf atəş açıblar.
Yerli mənbələr bu hücumda azı 2 nəfərin şəhid olduğunu təsdiqləyiblər. Bununla yanaşı, sionist vəhşiliyi səbəbilə insan tələfatının artacağı ehtimal olunur.
Humanitar yardımların gəlişinin və xəstələrin ölkədən çıxışının qarşısının alınması, yanacağın və prefabrik evlərin girişinə icazənin verilməməsi və mülki şəxslərə atəş açılması atəşkəsin dəfələrlə sionistlər tərəfindən pozulmasına aid hallardır.