Fələstin mənbələri bildiriblər ki, Qəzzə zolağının cənubunda yerləşən Rəfəhdəki evlərin sionist rejiminə aid qırıcı təyyarələr tərəfindən bombalanması zamanı 10 nəfər şəhid və digər bir neçə nəfər yaralanıb.
Bundan əlavə, Qəzzənin müxtəlif bölgələri sionist rejiminin qırıcıları və artilleriyalarının ağır bombardmanlarına şahid olublar ki, bu da, çox sayda insanın şəhadəti və yaralanması ilə nəticələnib.
İşğalçı rejimin ordusuna aid qırıcılar Rəfəhi iki dəfə və Xan Yunisin cənub bölgələrini isə bir neçə dəfə bombalayıb, Rəfəhin şərqində yerləşən Xərbətul-Ədəs məntəqəsini də hücuma məruz qoyublar.
Tibbi mənbələr Rəfəhin şimalında yerləşən Ən-Nusrə məntəqəsindəki bir evin bombalanması zamanı 3 nəfərin şəhid olması barədə məlumat veriblər.
Qeyd etmək lazımdır ki, işğalçı rejimin qırıcıları Rəfəhdəki Əş-Şabura düşərgəsində olan bir evi hədəf seçiblər və nəticədə 2 nəfər şəhid olub və digər bir neçə nəfər isə yaralanıb. Onlar, həmçinin Rəfəhdəki əl-Küveyt xəstəxanasının yaxınlığındakı onlarla fələstinlinin yaşadığı başqa bir evi də bombalayıblar.
Sionistlərə məxsus minaatanlar Beyti Hanunun şərqini ağır şəkildə bombalayıblar.
Fələstinli mənbələrin sözlərinə görə, sionist rejiminin geniş bombardmanlarının ardınca, Qəzzə zolağının şimalında da çoxsaylı partlayış səsləri eşidilib.