Sionist rejimi, həftənin bazar ertəsi günü Qüdsün şimal-şərqində yerləşən Həzma şəhərciyinin girişi yaxınlığındakı bir neçə ticarət mərkəzini dağıdıb.
Yerli mənbələr bildiriblər ki, sionist əsgərləri Həzma şəhərciyinin girişini bağladıqdan və şəhid “Əribə” meydanında yoxlanış postu qurduqdan sonra Ovdə Cəbr Xətib, Muhəmməd Mustafa əl-Xətib və Mahmud Cəbr əl-Xətib adlı Fələstin vətəndaşlarına məxsus bir neçə ticarət mərkəzini və avto təmiri dağıdıblar.
Xatırlatmaq lazımdır ki, sionst rejimi əsgərləri təxminən bir il əvvəl də elə bu məntəqədə avto təmir kimi fəaliyyət göstərən 10 ticarət mərkəzini, lisenziyanın olmaması bəhanəsi ilə dağıtmışdılar.