Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin şəhərcik qurmaları müqabilində Müqavimət Komitəsinin məsulu Əmir Davud deyib: 2022-ci il fələstinlilər üçün çox çətin olub. Çünki, işğalçı rejim İordan çayının qərb sahillərində 850 ev, hicarət, sənaye, əkinçilik müəssisələrini dağıdıb və yüzlərlə ailənin avara, yurduz olmasına yaxud onların dolanışıq mənbələrindən məhrum olmasına səbəb olub.
O, əlavə olaraq deyib: Dağıntı əməliyyatı Əl-Xəlil şəhərinin cənubundakı Müsafir Yəta məntəqəsinin bütün evlərinə və Ordon Dərəsi, Nablus, Sələfiyyətin kəndlərinə şamil olub.
Sionist rejiminin şəhərcik qurmaları müqabilində Müqavimət Komitəsinin məsulu deyib: Həmçinin, işğalçılar, İordan çayının qərb sahillərində 1150 evin dağıdılması barədə xəbərdarlıq ediblər.
Davud həmçinin, deyib ki, işğal olunmuş Qüdsdə bu şəhəri yəhudiləşdirmək üçün işğalçı rejimin planları çərçivəsində işğalçıların buldezirləri Səlvan, İsəviyyə, Beyt Huneyna şəhərciklərində fələstinlilərə aid 211 yaşayış mənzil və tikilisini dağıdıblar.
O, əlavə olaraq deyib: İşğalçı rejim işğal olunmuş Qüdsdə 22 min yaşayış mənzilinin dağıdılması barədə təhdidlər edib. Bu isə öz növbəsində bu şəhərin mənzillərinin üçdə birinin dağıdılması deməkdir.
Hal-hazırda İordan çayının qərb sahillərində o cümlədən, Şərqi Qüdsdə təxminən 666 min sionist köçkün 145 böyük şəhərcikdə və 140 yaşayış binasında məskunlaşıb. Birləşmiş Millətlər Təşkilatının və Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, işğal altında olan Fələstin torpaqlarında hər növ tikinti qanunsuzdur.