Sionist rejimi İordan çayının qərb sahillərinin şimalında yerləşən Nablusda fələstinli əsir Kamal Cəvrinin evini partladıb.
Bu evdə fələstinli əsirin ailə üzvlərindən 5 nəfər yaşayırdı.
Bu hadisədən sonra bölgə əhalisi sionist qüvvələri ilə toqquşub. Sionist qüvvələri camaatı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə, 165 nəfər boğulma halı ilə üzləşib və bir gənc də gözyaşardıcı qaz gülləsinə tuş gələrək ayağından yaralanıb.
Nablusdakı Fələstin Qırmızı Aypara Cəmiyyəti bu xəbəri yaymaqla bildirib ki, sionist qüvvələri gözyaşardıcı qaz gülləsiylə yardım maşınını atəşə tutublar və nəticədə ona ziyan dəyib.
Bu fələstinli əsir 13 Fevral 2023-cü ildə saxlanılıb.