Fələstinli mənbələr sionist rejiminin “Əl-Yərmuk” məntəqəsini bombalamaqla 10-dan çox evi yerlə yeksan etdiyi barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, bəzi fələstinli mənbələr bildiriblər ki, sionist rejiminin qırıcıları çərşənbə günü axşam “Əl-Yərmuk” məntəqəsindəki 10-dan çox evi yerlə yeksan edib.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMASIN “Əqsa Fırtınsası” adlı qəfil əməliyyatlar zamanı sionist rejimini hədəf seçərək işğal altındakı torpaqlarda 200-dən çox insanı əsir götürdüyü 7 Oktyabr tarixindən 23 gün ötür.
Bu müddət ərzində müvəqqəti sionist rejimi Qəzzə zolağını kor-koranə və davamlı olaraq hava hücumlarına məruz qoyub. Bu da Fələstin xalqının çox sayda vətəndaşının şəhid olmasına səbəb olub və Qəzzə zolağının mühasirəni gücləndirib.
Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin qırıcılarının son hücumlarında Ət-Tac 3 binasının, Əl-Yərmuk küçəsinin, Əl-Cəla küçəsinin və Əş-Şərq çörəkçisinin hədəf seçildiklərini bildirib.
Bu hücumlarda onlarla ev dağıdılıb, onlarla insan şəhid olub və yaralanıb.
Həmçinin sionist rejiminin artilleriyası Qəzzə zolağının şimalında yerləşən Beyti Lahiyanın şimal və şərq məntəqələrini hücuma məruz qoyub.