Xarici KİV-in verdiyi məlumata görə, bugün (cümə axşamı günü) səhər saatlarında sionist rejimi İordan çayının bir bölgəsində 1200 fələstinlinin içməli suyunu kəsib.
Sionist rejimi Əriha şəhərinin şimalında yerləşən “Nəbul Ovca” bölgəsi sakinlərinə su çatdıran yeganə su xəttini bağlayıb.
Yerli mənbələr bildiriblər ki, işğalçı qüvvələr bu bölgəyə hücum etməklə 1200 vətəndaşın məhdud su ehtiyacını təmin edən yeganə içməli su xəttini, polad hissələrini qaynaqlamaq və onu daşla doldurmaqla bağlayıblar. Nəticədə ailələri içməli sudan məhrum ediblər.
Əl-Bidər Bədəvilərinin Hüquqlarının Müdafiəsi Təşkilatının müşahidəçisi Həsən Məlihat deyib: Nəbul Ovca sakinləri İordan çayının qərb sahillərində yaşayan ən böyük bədəvi cəmiyyətlərindən biridir. Bu bölgənin vətəndaşları suyun oğurlanması və şəhərcik salma layihələri çərçivəsində bu yerlərə nəzarət məqsədi ilə işğalçıların, köçkünlərin çoxsaylı hücumlarına məruz qalıblar.
Bundan əvvəl də mediyalar bildirmişdilər ki, İordan çayının qərb sahillərində yerləşən, təxminən 1200 sakini olan “Müsafir Yəta” bədəvi bölgəsi sionist rejiminin siyasətləri və bu rejimin Ali Məhkəməsinin hökmü nəticəsində köçkünlük riski ilə üzbəüzdür.
Sionsit rejimi 1967-ci ildə İordan çayının qərb sahillərini və Qüdsü işğal etdikdən sonra bu bölgədə 250-dən çox yəhudi şəhərciyi salıb və təxminən 650 min yəhudini orada yerləşdirib.