Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist rejimi hərbiçiləri bu gün (cümə axşamı günü) səhər şəhid “Muhəmməd əl-Cəbəri”-nin evini dağıdıblar.
Sionistlər İordan çayının qərb sahillərinin cənubunda yerləşən “Əl-Xəlil”-ə hücum edib və şəhid “Muhəmməd əl-Cəbəri”-nin evinin kənarındakı küçələri bağlayaraq bu şəhidin evini partlayıcı maddə ilə dağıtmaq üçün onlarla ailəni evlərindən çıxmağa məcbur ediblər.
Sionist rejimi, çərşənbə günü də Əl-Xəlil şəhərindəki Musafiritada fələstinli bir vətəndaşın evini dağıdıblar.
Netanyahu kabinetinin radikal Daxili İşlər naziri İtemar bin Gvirin iş başın gəlməsindən və fələstinlilərin evlərinin dağıdılmasının sürətlənməsini tələb etməsindən sonra son həftələrdə fələstinlilərin evlərinin dağıdılması artıb.
Sionist mediyalarının yazdığına görə, son günlər İtemar bin Gvir, polis müstəntiqi “Kobi Şabtay”-dan şərqi Qüdsdə fələstinlilərin evlərinin dağıdılma prosesinin sürətləndirməsini istəyib.
Şabtay, bu istəyin cavabında deyib ki, bu məsələ üçün yüzlərlə digər polis qüvvələrinin şərqi Qüdsdə yerləşməsi lazımdır. O, həmçinin, fələstinlilərin evlərinin dağıdılmasını bir neçə gün təxirə salınmasını istəyib.
Sionist rejimi, fələstinlilərin müqavimət əməliyyatlarına cavab bəhanəsi ilə onların evlərini qanunsuz olaraq dağıtmağa başlayıb.
Fələstinlilər və insan haqları komitələri dünyadan və Beynəlxalq Cinayət Məhkəməsindən sionist rejiminin işğal olunmuş Qüds şəhərində “etnik təmizləmə” və “kütləvi cəzalandırma” cinayətlərinin qarşısını almaqlarını istəyiblər.
Son günlər sionist rejimi, bir neçə şəhərdə, o cümlədən “Silvan” və “Cəbəl əl-Mukabir” şəhərlərində fələstinlilərin evlərinə hücum ediblər. Sionist rejimi məhkəməsi işğal olunmuş Qüdsdə evlərini dağıtmaq istədiyi 5 ailəyə xəbər göndərib.
Sionist rejimi tərəfindən fələstinlilərin evlərinin dağıdılması lisenziyaları, təkcə işğal olunmuş Qüdsdə 350 min fələstinlinin yaşayış məskəninə ehtiyacı olduğu bir vaxta verilib.
Milyonlarla fələstinli on illərdir ki, hərbi şəraitdə yaşayır və hər gün ilkin haqlarının pozulmasına şahid olurl. Beynəlxalq ictimaiyyət, hələ də inzibati həbs və sionist rejiminin digər ayrı seçkilik, irqçilik tədbirləri qarşısında susur. Bu da Fələstin torpaqlarının işğalına və fələstinlilərin hüquqlarının pozulmasına davam üçün yaşıl işıq deməkdir.