
WAFA xəbər agentliyinin məlumatına görə, cümə günü sionist rejim qüvvələri Hebron bölgəsi üzrə ümumilikdə səkkiz fələstinlini həbs edib. Onlardan beşi Betləhəmin qərbində yerləşən Nahalin qəsəbəsindəki su bulağı yaxınlığında, iki nəfər isə Masafer Yatta bölgəsində yerləşən Əl-Məfqara kəndində heyvan otararkən saxlanılıb. Digər bir şəxs isə Hebronun şimal-şərqində yerləşən Əş-Şuyux qəsəbəsində həbs edilib.