Sionist rejimin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirdiyi hava hücumu nəticəsində Qəzza şəhərinin şimalında yerləşən Əl-Əhli Baptist Xəstəxanası hədəfə alınıb. Hücum nəticəsində ən azı üç jurnalist şəhid olub.
Şəhid olanlar arasında İsamail Bədah və Süleyman Haca da var. Hər iki jurnalist əvvəllər “Palestine Today” telekanalında fəaliyyət göstərmiş və hücum anında xəstəxana binasında olublar.
Bu hücum, sionist rejimin mülki obyektləri və sağlamlıq müəssisələrini qəsdən hədəfə aldığını, eləcə də müstəqil media nümayəndələrini susdurmaq məqsədi güddüyünü bir daha nümayiş etdirir. Qəzzada informasiya blokadası ilə müşayiət olunan soyqırımı, jurnalistlərin məqsədli şəkildə hədəfə alınması ilə daha da ağırlaşır.