İyunun 10-da sionist rejim qüvvələri işğal olunmuş İordan çayının qərb sahilində bir neçə şəhərə reydlər təşkil edərək, Cenin, Beytləhm və Qəlyə bölgələrində azı səkkiz fələstinlini həbs edib. Bu şəxslərdən dördü Cenin bölgəsindəki Müsəlləs əş-Şühəda qəsəbəsində pilotsuz uçuş aparatlarının dəstəyi ilə keçirilən əməliyyat zamanı saxlanılıb.
Fəqqua kəndində isə fələstinli ailələr zorla evlərindən çıxarılıb və bu ərazilər sionist rejimin hərbi məqsədləri üçün ələ keçirilib.
Digər tərəfdən, artan məskunlaşmaçı zorakılığı fonunda Qəlyə bölgəsinin Amatin kəndində sionist məskunlaşmaçılar bir fələstinliyə məxsus nəqliyyat vasitəsini yandırıb və binaların üzərinə irqçi şüarlar yazıblar.