Sionist rejimin işğal administrasiyası “Azadlıq Flotilyası”na aid “Madleen” gəmisinin əsir götürülən heyət üzvlərini Ramle şəhərindəki Givon həbsxanasında tək nəfərlik kameralara yerləşdirməyə hazırlaşır.
“Yisrael Hayom” qəzetinin məlumatına görə, sionist rejimin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bütün rabitə vasitələrinin, elektron cihazların və Fələstinlə bağlı istənilən əşyanın həbsxanaya keçirilməsini tamamilə qadağan etməyi əmr edib.
Bu addım beynəlxalq hüquqa zidd şəkildə saxlanılan yardım fəallarına qarşı daha da sərtləşdirilmiş təcrid rejimi tətbiq olunacağını göstərir.