Fələstin informasiya qaynaqları sionist rejim məhkəməsinin fələstinli qadın jurnalisti Lemmi Guşşenin müəyyən şərtlər əsasında əsirlikdən buraxılması barədə qərarından xəbər verib. Bu məlumata əsasən, məhkəmə elan edib ki, Lemmi Guşşe sosial şəbəkələrdən istifadə etməmək və ev dustağı olma şərtilə azadlığa çıxa bilər.
Fələstinli mənbələr həmçinin Lemmi Guşşenin şəhid Abdullah Əl-Nablusinin fotoşəkillərini sosial mediada paylaşdığı üçün sionist rejimin qəzəbinə düçar olduğunu da qeyd edirlər.