Sionist rejimi qüvvələri həftənin bazar ertəsi günü Əl-Əqsa məscidinin Hittə darvazası qarşısında 44 yaşlı fələstinli bir qadına elektrik tapançası ilə vəhşicəsinə hücum edərək onu döyüb və həbs ediblər.
Onlar Fatimə Əmmarə adlı bu qadını bıçaqla hücum əməliyyatı yerinə yetirməyə cəhddə ittiham ediblər.
Yerli mənbələrin verdiyi məlumata görə, “Hittə qapısı”-nda təhlükəsizlik hadisəsinin baş verməsinə dair yayılan şayiələrin ardınca, sionist qüvvələri Əl-Əqsa məscidinin və köhnə qəsəbənin darvazalarını bağlayıb, havaya atəş açıblar.
Bu mənbələr əlavə olaraq bildiriblər: İşğalçı rejimin əsgərləri insanların köhnə qəsəbədən hərəkətinə mane olublar və Əl-Əqsa məscidindəki namaz qılanlara hücum ediblər.