Ötən həftənin bazar günü sionist rejiminə aid qırıcıların Qəzzədəki bölgələrə hücumları nəticəsində 25 nəfər şəhid olub və onlarla insan yaralanıb.
Xəstəxana mənbələri əksəriyyəti qadın və uşaq olan 11 şəhid və çox sayda yaralının Qəzzədəki Avropa xəstəxanasına qəbul edildiyi barədə məlumat veriblər. Bu insanlar sionist rejiminə aid qırıcıların Qəzzənin cənubunda yerləşən Rəfəhin şimalındakı Mirac məntəqəsində bir məzilə hücumları zamanı şəhid olub yaxud yaralanıblar.
Həmçinin işğalçı rejiminin qırıcılarının Xan Yunisdə yerləşən mülki müdafiə qərargahına yaxın bir məntəqəyə hücumunda 8 nəfər şəhid olub və onlarla insan da yaralanıb. Həyatlarını itirənlər arasında mülki müdafiə əməkdaşları da var.
İşğalçı rejiminə aid qırıcıların Qəzzənin mərkəzindəki Əl-Bəric düşərgəsinə hücumları zamanı 4 nəfər şəhid olub və digər bir neçə nəfər isə yaralanıb. Həmçinin Qəzzədəki Tel əl-Həva məhəlləsində yerləşən Əl-Xour meydanına qarşı digər hava hücumunda 2 vətəndaş şəhid olub və bir neçə nəfər də yaralanıb.
Sionist rejiminə məxsus döyüş qayıqları Qəzzənin qərbində yerləşən Tel əl-Həva və Əş-Şeyx İclin məntəqələrini və rejimə aid artilleriya isə Qəzzənin şərqini bombalayıblar.
Sionist rejiminin ardıcıl davam edən hücumları nəticəsində ardıcıl dörd gün Qəzzədə rabitə və internet xidmətləri kəsilib.
Xəstəxana mənbələri bildiriblər ki, sionist rejimi ordusu Qəzzədəki ailələrə qarşı 24 saat ərzində törətdiyi 12 cinayətdə 132 nəfəri şəhid edib, 252 nəfəri isə yaralayıb.