Xəbər mənbələri sionist rejiminə aid qırıcıların Livanın cənubundakı bir evə hücumları zamanı 2 Livan vətəndaşının şəhid olması haqda məlumat veriblər.
Məlumata əsasən, livanlı mənbələr bildiriblər ki, Livanın cənubunda yerləşən Bint Cubeyldəki bir evin işğalçı sionist rejimi orudusuna aid qırıcılar tərəfindən bombalanması nəticəsində 2 Livan vətəndaşı şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin Livan və işğal olunmuş Fələstin sərhədinin 15 km-də yerləşən Tulin kəndinə olan hücumları artıb.
Həmçinin bildirilib ki, sionist rejimi Nəbtiyyə şəhərinin 10 km-də olan Cebşit və Şukin kəndləri arasındakı bir məntəqəyə 1 dron, 2 raket atıb. Bundan əlavə, Miyanul-Cəbin, Teyr Hərfa və Mis əl-Cəbəl məntəqələri düşmən tərəfindən bombalanıb.
Eyni zamanda sionist qırıcıları Fələstin-Livan arasındakı sərhəd səmasında geniş həcmli uçuşlar həyata keçirib, Kəfər Şuba və Məzare Şəba məntəqələrini hədəfə alıblar.