Sionist rejimi qırıcıları anti-bəşər cinayətlərinin davamında şənbə günü gecə saatlarında Qəzzə zolağındakı müxtəlif məntəqələri bombalayıblar.
İşğal olunmuş Fələstindəki xəbər mənbələri bildiriblər ki, işğalçı rejimin casus təyyarələri Qəzzənin mərkəzində yerləşən Yərmuk prostektində bir evi hədəfə alıblar.
Mediyalar ondan əvvəl bildirmişdilər ki, bu qırıcılar Qəzzənin şərqində yerləşən “Əş-Şəci” məhəlləsindəki şəhid “Bəha Əbul-Əta”-nın mənzilinə hücum edərək onu viran qoyublar.
Hesabata əsasən, bu qırıclar Qəzzə zolağında 7 evi dağıdıblar.
Sionist rejimi cümə günü günorta saatlarından sonra da Qəzzə zolağındakı bir yaşayış mənzilinə hücum etməklə 3 nəfəri şəhid etmiş və digər 10 nəfəri yaralamışdı.