Fələstinli mənbələr sionist rejiminin qırıcılarının şənbə günündən bazar gününə qədər Qəzzə zolağında 500 mənzili bombalayaraq yerlə yeksan etdiklərini bildiriblər.
Sionist rejimi Həmasın hərbi qolu tərəfindən şənbə günü baş tutan Əl-Əqsa tufanı əməliyyatlarında müqavimət qüvvələri ilə mübarizədə aciz qalaraq, adəti üzrə cinayətkarlığa və fələstinlilərin evlərini bombalamağa üz tutub.
Eyni zamanda fələstinli mənbələr bildiriblər ki, İsrail qırıcıları şənbə günündən etibarən Qəzzə zolağında 500-dən çox mənzili dağıdaraq yerlə yeksan ediblər.
Bu məlumata və yayılan görüntülərə əsasən, israilli qırıcılar Qəzzə şəhərində BMT-yə bağlı bir məktəbi də hədəfə alıblar.
Evləri dağıdılmış fələstinlilər bu məktəbdə qalırdılar.