Sionist rejiminin qırıcı təyyarələri Milad təqvimi ilə yeni ilin ikinci günündə Dəməşq Beynəlxalq Hava Limanına hücum edib. İki nəfərin yaralanması və iki nəfərin şəhid olması ilə yanaşı, bu hava limanının fəaliyyətinin dayanmasına səbəb olub.
Xarici KİV-in verdiyi məlumata görə, bu gün sionist qırıcıları Dəməşqin cənubundakı hədəflərə hücum ediblər.
Məlumatlara əsasən, Suriya ordusunun havadan müdafiə sistemləri də İsrail qırıcıları tərəfindən atılan raketlərlə qarşıdurmaya başlayıblar.
Bir neçə dəqiqə sonra Suriya ordusunun rəsmisi deyib ki, düşmən sionist, Tiberias gölünün şimal-şərq istiqamətindən bir neçə raket atmaqla Dəməşq Beynəlxalq Hava Limanını və onun ətrafını hədəfə alıb. Sionist rejiminin bu təcavüzü, 2 hərbiçinin şəhadəti, 2 nəfərin yaralanması və maddi xəsarətlərlə nəticələnib. Dəməşq Beynəlxalq Hava Limanı da fəaliyyətini dayandırıb.