Sionist polisi Tel-Əvivdə sionist rejiminin Nazirlər Kabinetinə qarşı nümayişlərdə 14 nəfər etirazçını həbs edib.
Şənbə günü axşam minlərlə insan Tel-Əvivdə və işğal olunmuş Fələstində nümayişlər keçiriblər. Onlar Benyamin Netanyahunun kabinetinin devrilməsini və sionist əsirlərinin azad olunması üçün təcili surətdə HƏMAS-la razılıq əldə edilməsini tələb ediblər.
Sionist medialarının verdikləri məlumata əsasən, sionist rejiminin polis qüvvələri etirazçılara hücum edib və onları dağıtmağa çalışıblar.
Verilən məlumata görə, yüzlərlə nümayişçi polis tərəfindən Netanyahunun işğal olunmuş Qüdsdəki iqamətgahının önünə düzülmüş maneələrə hücum ediblər.
Nümayişdə iştirak edən sionist əsirlərin ailələri əsirlərin əsirlikdə qalmalarının səbəbkarının Netanyahunun özünün olduğunu dilə gətiriblər.
Bu ailələr bildiriblər: Netanyahunun rəftarı cinayətdir. Əgər onun kənarlaşması üçün bir iş görməsək, daha öz övladlarımızı görməyəcəyik.
Sionist əsirlərin ailələri etirazlarının son hədəfinin Netanyahunun devrilməsi olduğunu açıqlayıblar.