Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin Qəzzəyə olan hücumunda dünən (şənbə günü) səhər saatlarından axşam saatlarına qədər 160-dan çox insanın şəhid olması və təxminən min nəfərin yaralanması barədə məlumat verib.
Fələstin Səhiyyə Nazirliyi dünən günorta saatlarından sonra bildirib ki, işğalçı ordunun hücumları zamanı səhər saatlarından inidyə qədər 160-dan çox fələstinli şəhid olub və mindən çox digər insan yaralanıb.
Fələstinli mənbələr bildiriblər ki, sionist ordusu Qəzzə bölgəsini güclü şəkildə bombalayıb və partlayış səslərinin ardı-arası kəsilməyib.
Eyni zamanda bəzi israilli mənbələr Qəzzəyə yerdən hücum əmrinin veriləcəyi ehtimalının olmasını bildiriblər. Yayılan görüntülərə əsasən, Qəzzədə azı 4 yaşayış binası hava hücumuna məruz qalıb.