Sionist İsrail ordusu çərşənbə axşamı səhər İordan çayının qərb sahilində fələstinlilərin bir neçə yaşayış məntəqəsinə hücum edib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail hərbiçiləri çərşənbə axşamı səhər İordan çayının qərb sahilində fələstinlilərin bir neçə yaşayış məntəqəsinə hücum edib.
Verilən məlumata əsasən, İsrail işğalçı qüvvələri Nablusun cənubundakı Əqraba qəsəbəsinə və İordan çayının qərb sahilindəki Balata qaçqın düşərgəsinə basqın ediblər.
Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin İsrail hərbiçilərinin İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə hücumu ilə qarşıdurma zamanı 11 fələstinlinin yaralandığını açıqlayıb.


























