Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayaraq sionist ordusunun fələstinli bir südəmər uşağı Qəzzə zolağından qaçırmaq və sionist rejiminə ötürməklə bağlı hərəkətini pisləyib.
Bu bəyanat sionist rejiminin hərəkətini Qəzzənin müdafiəsiz mülki şəxslərinə qarşı ən alçaq cinayət adlandırıb və bu fələstinli uşağın təcili olaraq qaytarılmasını tələb edib.
Sionist əsgər Şahar Mendelson son günlərdə etiraz edib ki, 2023-cü ilin Noyabr ayının 22-də Qəzzənin şimalında həlak olan Qafaati briqadasının zabiti Hareil Itax ölümündən əvvəl Qəzzənin bombalanması zamanı ailəsi şəhid olduqdan sonra bu südəmər uşağı oğurlayıb və sionist rejimindəki bir xəstəxanaya aparıb.
Bu əsgər Itaxın bu fələstinli uşağı tapdığı yerə işarə etməyib.