Sionist ordusu Cəbaliya düşərgəsində yaşayan mülki əhalini gülləbaran etməklə və Qəzzənin şimalındakı bir mənzili hədəfə almaqla bir neçəsi uşaqlardan ibarət olan 26 fələstinlini şəhid edib.
Verilən məlumata əsasən, Cəbaliyada fələstinli qaçqınların məskunlaşdığı məktəbin atəşə tutulması 7 fələstinlinin şəhid olması və bir neçə nəfərin yaralanması ilə nəticələnib.
Bir neçəsi uşaqlardan ibarət olan 6 fələstinli də İsrail rejiminin Cəbaliya şəhərində içməli su götürmək istəyən mülki insanların toplaşdığı yerə hücumu nəticəsində şəhid olub və bəziləri isə yaralanıb.
Sionist rejiminin hava hücumları zamanı Cəbaliya düşərgəsində 4 fələstinli əl-Yəmən əs-Səid xəstəxanası yaxınlığında şəhid olub.
Qəzzə şəhərinin şimalında da bir mənzilin bombalanması nəticəsində 9 fələstinli şəhid olub və onlarla fələstinli isə yaralanıb.
2023-cü il Oktyabrın 7-də müharibə başlayan vaxtdan bəri 142 mindən çox fələstinli İsrail rejiminin mənfur hücumlarında şəhid olub və yaralanıb, 10 min insan isə itkin düşüb. Onlarla yaşlı insan və uşaq aclıq nəticəsində həyatlarını itirib.