Knessetin (İsrail parlamenti) sağçı deputatı hərbi qüvvələrlə Əl-Əqsa məscidinə hücum edib.
Son günlərdə Fələstin Müqavimətinin və şəhadət əməliyyatlarının manşetlərə çevrildiyi bir vaxtda, Knessetin sağçı deputatı İtmar bin Cafir sionist hərbçilərin dəstəyi və müşayiəti ilə cümə axşamı Məscidül-Əqsaya hücum edib.
Anadolu xəbər agentliyinin məlumatına görə, sionist polis qüvvələri Ramazan ayı ərəfəsində belə bir hücumun nəticələri ilə bağlı xəbərdarlıqlara baxmayaraq, İtmar bin Cafirin Məscidül-Əqsaya hücum tələbi ilə razılaşıblar.
Qüdsdəki İslam Vəqfi İdarəsi sionistlərin bu hərəkətinə sərt reaksiya verərək deyib:
“İşğalçı rejimin çox sayda əsgər və polis qüvvələri bu hücumda onu (İtmar bin Cafiri) müşayiət edərək məscidin içini və çölünü mühasirəyə alıblar.”
Agentlik bildirib ki, sionist polisi Əl-Əqsa məscidinin şimal tərəfindəki Bab əl-Əsbat bölgəsində bir fələstinli qadını həbs edib.
Bu gün İsrail ordusunun Məscidül-Əqsaya və Cənin düşərgəsinə hücumu daha əvvəl Tel-Əviv rəsmilərinin Ramazan ayı ərəfəsində qarşıdurmaların sayını azaltmaq üçün fələstinlilərə daha çox imkan yaradacaqlarını iddia etdikləri vaxta təsadüf edir.