Fələstin mediasının məlumatına görə, Ramallahın şimal-şərqində yerləşən Deyr Dibvanda sionist rejimin məskunlaşanları içərisində insanlar olan bir neçə evə od vurublar.
Sosial mediada yayılan görüntülərdə alovların evləri bürüdüyü və dəhşətə gəlmiş sakinlərin yanğını söndürməyə və xilas olmağa çalışdığı görünür. Tələfatın dəqiq miqyası hələlik məlum deyil.