Xəbər mənbələri sionist bir köçkünün 4 yaşlı fələstinli uşağı evinin yaxınlığında maşınla vuraraq əzdiyini bildiriblər.
Xarici KİV-in veridiyi məlumata görə, sionist bir köçkün Beyti Ləhmin şərqində yerləşən Keysan məntəqəsindəki evlərinin yaxınlığında olan Cəbrail Məhəmməd Səvarikə adlı 4 yaşlı bir fələstinli uşağı əzərək ağır dərəcədə yaralayıb.
Xəstəxanaya aparılan uşağın fiziki vəziyyətinin ağır olduğu bildirilib.
Sionist köçkün cinayət törətdikdən sonra hadisə yerindən qaçıb.