Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist köçkünləri bü gün (cümə axşamı) səhər saatlarından etibarən, İsrail bayraqları adlı yürüşlərlə eyni zamanda, sionist rejiminin polis qüvvələrinin təhlükəsizlik tədbirləri altında ardıcıl qruplar şəklində Məscidul-Əqsaya olan öz yürüş və hücumlarını başlayıblar.
Sionist rejiminin Knessetinin keçmiş üzvü Yəhuda Gelinq də köçkünlərlə birlikdə Məscidul-Əqsaya daxil olub.
Qüds şəhərində təhrikedici bayraq yürüşlərinin keçirilməsi ərəfəsində sionist rejimi polisi tam hazırlıqlı vəziyyətə gətirilib və güclü təhlükəsizlik tədbirləri görülüb.
Qalmaqallı “Bayraq yürüşü” yaxud “Bayraq rəqsi” tədbirinin keçirilməsi, ibrani təqvimində Şərqi Qüdsün sionist rejiminin əli ilə işğal olunmasının ildönümü ilə eyni günə təsadüf edir. Bu rejim 7 İyul 1967-ci il tarixində Şərqi Qüdsü işğal edib və o günü “Yerusəlim günü” (Qüds günü) adlandırıb. Amma bu il ibrani təqviminə əsasən, həmin gün bu günlə (18 May 2023, cümə axşamı) üst-üstə büşüb.