Sionist köçkünlər çərşənbə günü sionist rejiminin işğal olunmuş Qüdsdəki Parlament binası qarşısında Netanyahu kabinetinə qarşı nümayiş keçiriblər.
Yüzlərlə sionist köçkün işğal olunmuş Qüdsdəki Knesset binası qarşısında Netanyahu kabinetinə qarşı nümayiş keçirib, Netanayhunun istefasını və Qəzzədəki müqavimət qüvvələri ilə əsirlər mübadiləsinə razılıq əldə edilməsini tələb ediblər.
İbrani dilli mənbələr nümayişçilərin sionist rejiminin Parlament binasına gedən yolları bağladıqlarını bildiriblər.
Bu məlumata əsasən, sionist rejiminin polisi Knesset binasına hücuma cəhd ittihamı ilə 3 nəfəri həbs edib.
Etirazçılar sionist əsirlərinin təcili olaraq azad olunmaları üçün ciddi şəkildə səy olunmasını tələb edib və əsirlər mübadiləsi üçün müzakirələrin dayandırılmasını pisləyiblər.