Sionist köçkünləri ötən gecə işğal olunmuş Qüdsdə Əl-Amud qapısına yürüş edərək, rəqs etməyə və ayaq döyməyə başlayıblar.
Şahidlərin sözlərinə görə, köçkünlər bundan əlavə sionist rejiminin bayrağını qaldırıblar. Sionsit rejiminin polis qüvvələri də köçkünləri dəstəkləmək üçün bu məntəqədə yerləşdiriliblər.
Bununla əlaqədar, “Həmas” İslam Müqaviməti Hərəkatı, sionistlərin işğal olunmuş Qüds şəhərində Əl-Amud qapısına yürüşünə reaksiya verib, bu addımı təhlükəli və odla oynamaq kimi qiymətləndirib.