Radikal köçkünlər işğalçı sionist qüvvələrinin dəstəyi altında çərşənbə axşamı günü, işğal olunmuş Qüdsün qədim hissəsindəki “Əqəbətul-Xalidiyyə” məntəqəsində fələstinlilərə məxsus bir evə ələ keçiriblər.
İşğal olunmuş Qüdsdəki bəzi mənbələr bildiriblər: İşğalçı qüvvələrin işğal olunmuş Qüdsün qədim hissəsində yerləşən “Əqəbətul-Xalidiyyə” məntəqəsində “Sab Lin”-ə aid evə hücum etdikdən sonra köçkünlər oranı ələ keçiriblər və onlarla həmrəy olduqları bildirənləri də həbs ediblər.
Həmçinin deyilib ki, işğalçılar evi ələ keçirmək üçün adı çəkilən ailəni məcbur ediblər ki, öz əşyalarını evdən çıxarsınlar. İşğalçı qüvvələr, həmçinin 5 nəfər fəal fələstinlini bu evdə həbs edib.
İşğal olunmuş Qüdsün Məscidul-Əqsaya yaxın olmasına görə, əhəmiyyətini, mövqeyini nəzərə almaqla, sionist hərbiçiləri və köçkünləri fələstinliləri məhv edib onları köçkünlərlə əvəzləmək siyasətinin davamı olaraq bir müddətdir ki, Qüdsün qədim hissəsində yerləşən bu evi ələ keçimək istəyirlər.