Sionist köçkünlərinin Hz. Yusif məqbərəsinə hücumu zamanı Fələstin vətəndaşlarının bir çoxu işğalçı rejimin hərbiçiləri ilə toqquşub və nəticədə yaralanıb ya da gözyaşardıcı qazın buruna getməsi səbəbilə boğulma təhlükəsi ilə üzləşib.
Xarici KİV-in verdiyi məlumata görə, Hz. Yusif məqbərəsinə hücum məqsədi ilə Nablusa daxil olan sionist köçkünlərinin təhlükəizliyini təmin edən onlarla sionist həbiçisi çərşənbə günü səhər saatlarında bu məntəqəyə hücum ediblər.
Nablusdakı Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist hərbiçilərinin köçkünlərlə mübarizə aparan fələstinlilər tərəf atəş açması zamanı 6 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Bundan əlavə 80-dan çox insan da gözyaşardıcı qazın buruna getməsi səbəbilə boğulma halı ilə üzləşib.