Sionist köçkünlər və hərbiçilər İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə hücum ediblər ki, bunun nəticəsində də fələstinli bir gənc şəhid olub.
Fələstin mənbələri sionist rejimi hərbiçilərinin İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə geniş şəkildə hücum etdikləri və Nablusun şimal-qərbində yerləşən “Səbsətiyyə” qəsəbəsində işğalçı hərbiçilər tərəfindən 14 yaşlı “Əhməd Rəşid Roşdi Cəzər” adı gəncin şəhid olması barədə məlumat veriblər.
Həmin mənbələr adı çəkilən gəncin baş nahiyədən hədəfə alındığını və aldığı yaranın şiddətindən şəhid olduğunu bildiriblər.
Eyni zamanda Fələstin mənbələri sionist köçkünlərin israilli hərbiçilərin dəstəyi ilə hücumlar həyata keçirdiklərini qeyd ediblər. Beləki, sionist köçkünlər müxtəlif bölgələrdə fələstinlilərə və onların mülklərinə hücum edib, evlərini yandırıblar.
Verilən məlumata əsasən, Ramullahın şimalında yerləşən “Səncəl” qəsəbəsinə sionist köçkünləri tərəfindən hücum olunub və 3 mənzil, 5 avtomobil yandırılıb.
Həmçinin sionist köçkünləri Ramullahın şimalındakı “Tramsaiya” qəsəbəsinə hücum edib, fələstinlilərin maşınlarını hədəfə alıb və əsas yolları bağlayıblar. Fələstinlilər də ikinci dərəcəli yollardan keçməyə məcbur olublar.
Nablusun cənubundakı “Həvarə” şəhərciyində də oxşar hadisələr baş verib. Qüdsün şimal-şərqindəki “Cəbə” kəndində isə sionist köçkünlər fələstililərin avtomobillərinə hücum ediblər.
Bundan əlavə, sionist hərbiçilər Ramullahın şərqindəki “Bərqa” kəndinə hücum ediblər. İordan çayının qərb sahillərinin cənubunda yerləşən əl-Xəlilin qərbindəki “Azna” qəsəbəsində də sionist hərbiçilərin açdığı atəş nəticəsində fələstinli bir gənc əlindən yaralanıb. Əl-Xəlilin şimalındakı “Beyt Əmr”də isə sionist hərbiçilər fələstinlilərə gözyaşardıcı qazla hücum ediblər.