Gəmiçilk Sindikatından Adil Əmr sionist köçkünlərinin bazar günü axşam, Qəzzə zolağına tərəf hərəkət edən qida yardımı ilə dolu yük maşınını yandırdıqlarını bildirib.
Əmr əl-Xəlildəki xəbər mənbələrinə verdiyi müsahibədə bildirib: Dünən günorta saatlarından sonra sionist köçkünlərinin “Tərqumiyyə” keçidində yük maşınlarına hücumlarından, qida maddələrini dağıdıb, maşınlara zərər vurmasından sonra işğalçı ordu 7-yə yaxın yük maşınını “Beyti Əva” məntəqəsinə getməyə məcbur edib.
O, həmçinin bildirib: Yük maşınları İordan çayının qərb sahillərindəki sionist rejiminə aid beton divar keçidlərinin birinin yaxınlığında dayanmışdılar. Köçkünlər maşınlardan birini yandırıblar və digər maşınların aqibəti barəsində isə məlumatımız yoxdur.