Sionist köçkünləri çərşənbə günü səhər saatlarında, Nablus şəhərinin cənubunda fələstinlilərin evlərinə hücum etməklə 10 nəfər fələstinlini, o cümlədən bir neçə uşağı yaralayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, Sionist köçkünləri çərşənbə günü səhər saatlarında, Nablus şəhərinin cənubundakı Caludda Fələstin vətəndaşlarının evlərinə hücum edib plastik güllələr, zəhərli qazlar və daş atmaqla, 10 nəfər Fələstin vətəndaşını, o cümlədən bir neçə uşağı yaralayıblar. Həmçinin, bu hücumda onlarla insan göz yaşardıcı qazın buruna getməsi səbəbilə boğulma halıyla üzləşiblər.
Şəhərsalmaya qarşı müqavimət və xilas etmə üzrə fəəllardan olan Bəşşar Qəryoti deyib: Onlarla köçkün vətəndaşların evlərinə hücum etməklə 3 nəfər Fələstin vətəndaşını plastik örtüklü metal güllələrlə və digər 7 nəfəri isə daşla yaralayıblar. Eyni halda onlarla insan, o cümlədən bir neçə fələstinli uşaq sionistlərin istifadə etdikləri zəhərli qazlara görə, boğulmayla üzləşiblər.
O, vurğulayıb ki, bu hücumdan sonra Qəryot Xilas etmə qrupu zəhərli qazların təhlükələrinə görə, bir neçə ailəni evlərindən təxliyə ediblər. Eyni halda Calud kəndinin və qonşu kəndlərin camaatı bu hücumu dəf edə biliblər.