Sionist köçkünlər “Əbu Ğuş” kəndinə hücum etməklə, kənd camaatının əmlakını dağıdıb və divarlarda fələstinlilərin əleyhinə şüarlar yazıblar.
İşğal olunmuş Qüdsün yaxınlığında fələstinlilərin yaşadığı “Əbu Ğuş” kənd sakinləri həftənin bazar ertəsi günü səhər yuxudan oyandıqda, maşınlarının məhv edildiyini və divarların üzərinə sionist köçkünlərinin yazdıqları şüarları görüblər.
Xarici KİV-in verdiyi məlumata görə, kəndə hücum edənlər divarların üzərinə ibrani dilində yazıblar: “30 günlük çöl qətlinin bədəlini ödəmək”. Fələstinlilərlə düşmənçilik zəmnində digər şüarlar da yazılıb.
Sionist rejiminin polisi araşdırma apardığını bildirib, amma fələstinlilər üçün bu cümlənin heç bir mənası yoxdur. Bundan əvvəl də bir çox kəndlər işğalçı hərbiçilərin gözləri önündə sionist köçkünləri tərəfindən böyük dağıntılara məruz qalıb.
İyunun 22-də 400-dən çox köçkün Ramullahın şimalında yerləşən “Tərmsəya” kəndinə hücum edib, təxminən 60 maşın və 30 evi yandırmışdılar. Halbuki, İsrail hərbiçiləri də onların kənarıda idilər. Sionist köçkünləri o günün sabahı sürü şəklində “Ureyf” kəndinə daxil olmuş, evləri və maşınları məhv etmişdilər. Onlar bu iki kənddən əlavə, “Beyt Fureyk”, “Urta”, “Həvare”, “Əllubbən əş-şərqiyyə”, Əs-saviyə”, “Zətəre”, “Yasuf” və “Deyr Şərəf” kəndlərinə hücum edib və 174 maşını, 27 evi yandırıblar.
Bundan əlavə, ikinci dəfədir ki, “Əbu Ğuş” kəndi sionist köçkünlərinin belə hücumlarına hədəf seçilir. Bu kənd işğal olunmuş Qüdsün 13 km şimal-qərbində yerləşir. Sionist rejimi fələstinlilərin torpaqlarını qəsb etməklə, şərqi Qüdsün cəmiyyət tərkibini yəhudilərin xeyrinə dəyişmək üçün uzun illərdən bəri çalışır.
Fələstinli mənbələr bildirirlər ki, “Əbu Ğuş” kəndinə hücum edənlər bundan əvvəl bir neçə kənddə müsəlmanların və xristianların məscid, kilsə və qəbirsanlıqlarına hücum ediblər.