Sionist rejimi ordusunun ən böyük kəşfiyyat bölümünün bir zabiti hərbi göstərişləri yerinə yetirməkdən imtina etdiyini və Qəzzə zolağına qarşı müharibənin baş nazir Benyamin Netanyahunun şəxsi maraqları çərçivəsində olduğuna inandığını bildirib.
Sionist qəzetlərindən biri dünən (çərşənbə günü) sionist rejimi ordusunun hərbi kəşfiyyat təşkilatı “Aman”nın ən böyük bölümü olan və kiber müharibələrinə məsul sayılan 8200 bölümünün zabitlərindən birinə istinadən yazıb: Mən ehtiyat qüvvələrdə xidmətə qayıtmaqdan imtina etdim və Qəzzə zolağındakı müharibə Netanyahunun şəxsi maraqları üçün aparılır.
O, həmçinin deyib: Netanyahu israillilərin etimadını itirib və o bütöv bir kabineti öz şəxsi maraqları üçün girov götürüb.
İsrail rejiminin kəşfiyyat zabiti əlavə olaraq bildirib: Hərbi göstərişlərə əməl etməməyi qərara almışıq. Hansı ki, müharibənin bu mərhələsində o göstərişlər barədə şəkk-şübhələr mövcuddur.
Sionist qəzeti bundan öncə də hesabatların birində bildirmişdi ki, işğalçı rejimin ordusunun ehityatda olan onlarla zabiti bir müraciət imzalayaraq, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katz və İsrail rejiminin baş qərargah rəisi Eyal Zamirdən əsirlər mübadiləsi və Qəzzədə müharibəni bitirmək üçün razılığa gəlmələrini istəyiblər.
Qəzet əlavə olaraq bildirib ki, bu zabitlər işğalçı rejim kabinetinə ünvanladıqları ərizədə kabinetin qeyri-demokratik olduğunu əsas gətirərək hərbi xidmətə qarşı olduqlarını vurğulayıblar.
Xəbərdə qeyd olunub ki, məktubun bir hissəsində İsrail zabitləri Qəzzə zolağında hərbi əməliyyatların genişləndirilməsi qərarını tənqid ediblər.
Sionist qəzetinin məlumatına görə, zabitlər, həmçinin Netanyahu hökumətinin məhbusların geri qaytarılması üçün razılığa gəlmək fürsətini məhv etdiyini və ordunun bombardmanlarının onların çoxlu sayda insanın ölümünə səbəb olduğunu vurğulayıblar.