Sionist rejimi hərbiçiləri Məscidul-Əqsaya qarşı təhqiredici hərəkətlərinin davamı olaraq şənbə günü günortadan sonra, Məscidul-Əqsanın daxilindəki “Rəhmət qapısı” adlı namazxanasına hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist hərbiçiləri cinayətkar addım ataraq Fitr bayramından sonra Məscidul-Əqsanın daxilindəki “Rəhmət qapısı” namazxanasına hücum edərək qapılarını yerindən qoparıblar. “Rəhmət qapısı” namazxanasına olan bu hücumda, bu müqddəs məkana çoxlu ziyan dəyib.
Bu sərt hərəkətlər Fələstin xalqının Fitr bayramı namazı qılmaq üçün Məscidul-Əqsada möhtəşəm toplantısından bir gün sonra baş verib.
Mediyalar cümə günü bildiriblər ki, həmin gün 120 minə yaxın fələstinli işğal olunmuş Qüds şəhərində Məscidul-Əqsanın həyətlərində Fitr bayramı namazı qılıblar.
Sionistlərin Rəhmət qapısına hücumu yeni məsələ deyil. İşğalçılar cümə günü də “Əsbat qapısı”-nın yaxınlığında fələstinli namaz qılanlara hücum edərək onları döyüblər.