İşğalçı sionist rejiminin cümə günü səhər, İordan çayının qərb sahillərindəki Nablusun köhnə bölgəsi və onun ətrafına hücumunun ardınca, iki nəfər fələstinli şəhid olub və iki nəfər də yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrailin işğalçı qüvvələri bu gün səhər (cümə günü) Nablusun köhnə bölgəsinə hücum etməklə, müqavimət döyüşçüləri ilə toqquşublar. Bu toqquşmalarda iki nəfər fələstinli şəhid olub.
Bu hesabata əsasən, bu toqquşmalar zamanı fələstinlilərdən birinin evi sionist işğalçılarının mühasirəsinə düşüb.