İşğalçı sionist rejimi hərbiçiləri dünən Yeriho şəhərinə hücum ediblər.
Xarici KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, işğalçı qüvvələr Yeriho şəhərinin şimal girişindən bu şəhərə hücum edib, bir neçə qaz və səs bombası atıblar. Bu hücumlar itkisiz ötüşüb.
İşğal qüvvələri bundan əvvəlki gecə də Yeriho şəhərinin şimal və cənub girişlərində 2 dənə hərbi yoxlanış məntəqəsi yaratmaqla vətəndaşların çıxışına mane olublar.