Sionist qüvvələrinin Cenin şəhərinə olan hücumu barədə xəbərdarlıq sirenası! Bu, Cenin əhalisinin çox yaxşı tanıdığı bir səsdir.
İşğalçı rejimin ordusunun zirehli maşınları oktyabrın 7-dən etibarən bu bölgədə törətdikləri onlarla təcavüzkar əməliyyatlar kimi dünən sübh çağı da Ceninə hücum ediblər.
Əsas küçələrin, şəhid məzarlarının və vətəndaşların mülklərinin dağıdılması sionist rejimi ordusunun müqaviməti və onun xalq tərəfindən sevilməsini məhv etmək məqsədi ilə başlatdığı mülki əhalinin kütləvi cəzalandırılması siyasətinin davamıdır.
İşğalçı rejimin ordusu şəhərdən geri çəkildikdən sonra növbəti dəfə atışma səsləri eşidilib. Bu dəfə hədəf Visam Həşşan olub. O, sevincli halda anasına Cenində heç kəsin şəhid olmadığı xəbərini vermək üçün evə gəlmişdi, amma özü şəhid oldu.
İşğalçı rejimin ordusunun zirehli maşınları onun Dir əl-Başa kəndindəki evini mühasirəyə alıb, onunla olan qarşıdurma zamanı onu şəhid ediblər.
Fələstinlilərin 70 ildən çox ödədikləri ağır bədəl, yalnız ölkələrində azad olmaq üçündür. Fələstinlilər silahın kişilərin zinəti olduğuna və qələbənin Qəzzədəki insanların təslim olmamalarının girovunda olduğu kimi İordan çayının qərb sahillərindəki insanların da təslim olmamalarının girovunda olduğuna inanırlar.