Sionist rejiminin hərbiçiləri “Tülkərm”-ə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin hərbiçiləri İordan çayının qərb sahillərindəki Tülkərmə olan hücumlarına davam ediblər.
Fələstinli mənbələr sionist rejiminin hərbiçilərinin bu şəhərdəki infrastrukturları məhv etməkdə olduqlarını bildiriblər.
Həmçinin sionist rejiminin hərbiçiləri bəzi evlərə hücum ediblər. Şəhərdə partlayış səsləri eşidilib və pərakəndə şəkildə toqquşmalar baş verib.
Fələstinli mənbələr 5 saatlıq münaqişədən sonra Tülkərm düşərgəsinə tərəf yeni hərbi avadanlıqların göndərilməsi barədə məlumat veriblər.
Sionist hərbiçiləri bundan öncə də Qərbullahda yerləşən Beytuniya şəhərciyində açdıqları atəşlə fələstinli bir gənci şəhid etmiş, digər 4 nəfəri isə yaralamışdılar.
Bu hesabata əsasən, sionist hərbiçiləri Tülkərm şəhərinə və şəhərin düşərgəsinə də hücum edərək fələstinlilərlə toqquşublar. Sionistlər Tülkərm şəhərində bir sıra fələstinlini həbs ediblər və şəhərin xəstəxanasını mühasirəyə alıblar.
Verilən məlumata görə, sionist hərbiçiləri çərşənbə günü günorta saatlarından sonra İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinə təcavüz zamanı azyaşlı 2 fələstinli uşağı şəhid ediblər.
Əqsa Fırtınası əməliyyatı başlayandan bəri İordan çayının qərb sahillərində sionist hərbiçiləri tərəfindən 240-dan çox fələstinli şəhid olub.