Dünən (cümə günü) səhər sionist rejiminin hərbiçilərinin Tülkərimin şərqində yerləşən Nuru Şəms düşərgəsinə hücumunda fələstinli bir gənc atəş nəticəsində şəhid olub.
Xarici KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, 18 yaşlı Mahmud Əbu Sən adlı bir gənc çox yaxın məsafədən sionist hərbiçilərinin gülləsinə tuş gəlib. O, Şəhid Sabit Dövlət Xəstəxanasına aparılıb. Amma həkimlər bildiriblər ki, onun sağ qalması üçün göstərilən cəhdlər nəticəsiz qalıb və o, aldığı güllə yarasından şəhid olub.
Sionist hərbiçilərinin Tülkərim düşərgəsinə hücumunda gənclər və işğalçı hərbiçilər arasında şiddətli qarşısdurma baş verib. Bu qarşıdurmada sionist hərbiçiləri atəş açıb, səs bombaları və zəhərli qazlardan istifadə ediblər.