Sionist rejiminin ordusu çərşənbə günü səhər saatlarına yaxın bir vaxtda Xan Yunisin qərbində yerləşən Nasir Tibb Kompleksinə hücum edib, bir sıra tibb işçilərini və həmçinin qaçqınları həbs ediblər.
Fələstinli mənbələrin bildirdiklərinə görə, sionist hərbiçiləri camaatı xəstəxananı tərk etməyə vadar etdikdən sonra onlara tərəf atəş açıblar.
Qeyd etmək lazımdır ki, qaçqınların da sığınacaq yeri olan Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisdəki Nasir Tibb Kompleksi işğalçı qüvvələrin hücumu və tibb işçilərinin həbsindən sonra tamamilə əlçatmaz olub.