Ötən həftənin çərşənbə axşamı günü səhər saatlarında, işğalçı qüvvələrin İordan çayının qərb sahillərindəki Nablusun şərqində yerləşən Əsgər düşərgəsinə hücumu zamanı onlarla Fələstin vətəndaşı açılan atəş və zəhərli, göz yaşardıcı qazla boğulma nəticəsində zədələnib yaxud yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Nablusun Təcili Yardım və Qırmızı Aypara Cəmiyyətinin direktoru Əhməd Cəbrail deyib: 58 vətəndaş qazdan boğulub, 2 vətəndaş güllə parçaları və digər bir nəfər isə yıxılma nəticəsində yaralanıb. Onlara lazımi sahə yardımları göstərilib.
Verilən məlumatda bildirilib ki, işğalçı rejim ordusunun çoxsaylı qüvvələri şəhid Əbdül-Fəttah Xəruşənin evini dağıtmaq üçün Nablusun şərq bölgəsinə, Əsgər düşərgəsinə tərəf hücum ediblər. Zorakılıqla 5 nəfərlik ailəni evdən çıxarıblar və onlarla fələstinli gənclə işğalçı əsgərlər arasında qarşıdurma yaranıb.
Qeyd olunmalıdır ki, şəhid Əbdül-Fəttah Xəruşə (49 yaşlı) Mart ayının 7-də Cenin düşərgəsinə hücum zamanı işğalçı qüvvələrin açdıqları atəş nəticəsində şəhid olub.