Xəbər mənbələri səhər saatlarında bildiriblər ki, sionist hərbiçiləri İordan çayının qərb sahillərinin şimalındakı bölgələrə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçiləri Əl-Xəlilin cənubunda yerləşən Dura şəhərini hücuma məruz qoyublar. Bu hesabata əsasən, sionist hərbiçilərinin Dura şəhərinə hücumunun ardınca, fələstinli gənclər onlarla mübarizə aparıblar və sionsit qüvvələri də onlara tərəf göz yaşardıcı qazlar atıblar.
Sionist hərbiçiləri, həmçinin Əl-Xəlilin şimalında yerləşən Əl-Ərub düşərgəsinə hücum edib, oranın sakinləri ilə toqquşublar.
İşğalçı rejim qüvvələri Nablusun şərqində yerləşən Əqrəbaya hücum ediblər və sionist rejiminin Həvaredə sionist köçkünlərinə qarşı son əməliyyat amili hesab etdiyi Üsamə Bəni Fəzlin ailəsinin evinə həmlə ediblər.
İşğal olunmuş ərazilərin, xüsusən də İordan çayının qərb sahillərinin bu günki şəraiti çox xüsusi olaraq qiymətləndirilir. Fələstinli döyüşçülər sionistlərin saysız cinayətlərinə hər bir vasitə ilə cavab verirlər. Bu da qəsbkar sionistlər üçün xüsusi şərait yaradır.